525.Az

İranlı deputat Ermənistanı pislədi


 

İranlı deputat Ermənistanı pislədi<b style="color:red"></b>

İran parlamentinin ictimai komissiyasının sədr müavini Vəli İsmailzadə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsini pisləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, V. İsmailzadə dünya ictimaiyyətinin Ermənistanın hərbi cinayətləri qarşısında susmasına təəssüfləndiyini bildirib.

“Ermənistanın müsəlman Azərbaycanın Gəncə şəhərinə vəhşicəsinə hücumunu və orada dinc sakinləri, o cümlədən uşaqların öldürülməsini pisləyirəm”, - deyə V. İsmailzadə qeyd edib.

 





21.10.2020    çap et  çap et