525.Az

Ərdoğan və Əhmədinejadın görüşü baş tutdu (VİDEO)


 

Ərdoğan və Əhmədinejadın görüşü baş tutdu<b style="color:red"> (VİDEO)</b>

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirinə qatılan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və İran prezidenti Mahmud Əhmədinejad imünasibətlərindəki tədbirin əvvəlindəki soyuqluq diqqətdən yayınmayıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki lideri erkən saatlarda təşkil olunan tədbirdə bir arada görmək son saatlara qədər mümkün olmayıb. Ancaq irəliləyən dəqiqələrdə tərəflər arasında münasibətlər yumşalıb.

40 dəqiqə davam edən müzakirə İranın Şimali Kipr Türk Respublikasının müşahidəçilik missiyasına qoyduğu vetonun ləğvindən və Əhmədinejadın öz çıxışında Türkiyə prezidentinə təşəkkür etməsindən sonra baş tutub.

Türkiyə baş naziri ilə İran prezidenti öz aralarında təşkil olunan iki tərəfli görüşdə bir sıra məsələləri müzakirə ediblər. Əsas müzakirə obyekti isə Suriya olub. Türkiyənin baş nazirinin “Biz Akçakale məsələsində haqlıyıq” fikrinə münasibət bildirən İran prezidenti Ərdoğanın haqlı olduğunu qeyd edib.

Liderlər daha sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən nahara dəvət olunublar.

Nigar Məhərrəm

 





16.10.2012    çap et  çap et