525.Az

Gürcüstanda banka basqın edən şəxs yarım milyon dollar tələb edir - Yenilənib


 

Gürcüstanda banka basqın edən şəxs yarım milyon dollar tələb edir - <b style="color:red">Yenilənib</b>

Zuqdididə “Gürcüstan Bankı”nın filialına silahlı basqın edən şəxs yarım milyon dollar tələb edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə girovluqda olan şəxslərdən biri bildirib.

Onun sözlərinə görə, hazırda silahlı şəxs 19 nəfəri giovluqda saxlayır və tələbi yerinə yetirilməyəcəyi təqdirdə qumbaranı partladacağı ilə təhdid edir.

Basqınçı bankı təhlükəsiz tərk etməsi barədə zəmanət də tələb edir.

*** 16:11

Gürcüstanın Zuqdidi şəhərinin mərkəzində silahlı basqın olan bankdan girovların azad edilməsi istiqamətində xüsusi əməliyyat keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, girovların bir neçəsi dam vasitəsilə bankın binasını tərk etməyə nail olublar.

Girovlar yanğınsöndürən maşının kranı ilə damdan endirilib.

Xüsusi əməliyyat davam etdirilir.

*** 14:53

Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib.

“Report”un yerli bürosu xəbər verir ki, naməlum şəxsin avtomat və qumbara ilə silahlandığı bildirilir.

Yayılan məlumatlara əsasən, bankın əməkdaşları və müştərilər girov götürülüb.

Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub.

 





21.10.2020    çap et  çap et