525.Az

Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb


 

Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb<b style="color:red"></b>

"Azərişıq" ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün təşkil olunan yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən "Azərişıq" ASC-nin  sədrinin köməkcısı Xalid Təhməzov deyib ki, sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədi ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün təlimlər təşkil olunub.  Təlim-müsabiqənin keçirilməsində məqsəd jurnalistləri energetika sahəsinin xüsusiyyətləri və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyəti ilə tanış etmək, həmin dövr ərzində əldə olunmuş nailiyyətlərin və tətbiq edilən yeniliklərin işıqlandırılmasını, bu sahədə jurnalist tədqiqatlarının aparılmasını və sahəvi jurnalistikanın inkişafını stimullaşdırmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat xidmətinin rəhbəri İlkin Nadirov isə bildirib ki, təlim-müsabiqədə Kütləvi İnformasiya Vasitələrində - dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında işləyən şəxslər iştirak ediblər. Təlimlərdə jurnalistlər energetika sahəsinin xüsusiyyətləri və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyəti ilə tanış olublar, onlara həyata keçirilən layihələr, mövcud yarımstansiyalar, elektrik veriliş xətləri haqqında ətraflı məlumat verilib. Təlimlərin yekununda media nümayəndələri üçün Yarımstansiya muzeyi və Yeni Yaşma Külək Elektrik Parkına ekskursiyalar təşkil edilib.  Sonra təlim iştirakçıları layihənin digər mərhələsinə - "Azərişıq" ASC-nin 5 illik fəaliyyəti - inkişafın işıq surəti" mövzusunda yazı müsabiqəsinə qatılıblar.

Onun sözlərinə görə, müsabiqə mərhələsində yazıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən cəlb edilib müstəqil ekspertlər tərəfindən həyata keçirilib.  Elan olunan mövzuda 3 nəfər əsas mükafatçı müəyyən edilib.

Birinci yerə "525-ci qəzet"in əməkdaşı Sevinc Qarayeva, ikinci yerə Publika.az saytının əməkdaşı Aytən Novruzova, üçüncü yerə isə ARB 24 kanalının əməkdaşı Faiz Abasquliyev layiq görülüb. Birinci yer üzrə qalib diplom və 1000 manat, ikinci yer 700 manat, üçüncü yer 500 manat məbləğində pul mükafatı ilə mükafatlandırılıb.

 





21.10.2020    çap et  çap et