525.Az

Gəncədəki universitetlər xarici tərəfdaşlarına erməni terroru haqda məlumat veriblər


 

Gəncədəki universitetlər xarici tərəfdaşlarına erməni terroru haqda məlumat veriblər<b style="color:red"></b>

Oktyabr ayı ərzində erməni qəsbkarlarının Azərbaycanın ikinci şəhərini davamlı raket atəşinə məruz qoyması nəticəsində onlarla insanın həlak olması və yaralanması, eləcə də Gəncənin infrastrukturuna, maddi-texniki və elmi-təhsil bazasına vurulan ziyan haqda dünyanın ziyalı qurumlarının məlumatının genişləndirilməsi məqsədilə burada yerləşən ali tədris ocaqlarımız əməkdaşlıq etdikləri xarici universitetlərlə informativ mübadilələrini intensivləşdirirlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) uzun illərdir ki, əməkdaşlıq etdiyi xarici aparıcı ali aqrar təhsil müəssisələri, o cümlədən, Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsi və digər elmi-tədqiqat qurumları erməni terroru barədə məlumatlandırılır.

"Türkiyə, ABŞ, Almaniya, Bolqarıstan, Sloveniya, Polşa, Macarıstan, Fransa, İspaniya, İtaliya, Avstriya, Portuqaliya, İsveç, Rumıniya, Gürcüstan, Ukrayna, Pakistan, Çin və MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələri, Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsi və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərini, universitetimizin xaricdəki fəxri doktorlarını, tanınmış alimlərini müvafiq məktub vasitəsilə erməni terroru, Ermənistan tərəfindən dinc insanların məqsədli şəkildə öldürülməsi, ölkəmizin ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə dəhşətli raket atəşləri nəticəsində çox sayda mülki insanın həlak olması və obyektlərin dağıdılması, habelə ADAU-nun Aqrotexnologiya fakültəsinin tədris binasına zərər dəyməsi barədə məlumatlandırmışıq", - deyə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib.

İ.Cəfərov həmçinin qeyd edib ki, bir neçə onillik ərzində davam etmiş erməni işğalının Qafqaz coğrafiyasında flora və faunaya, kənd təsərrüfatı fəaliyyətinə vurduğu zərbə ekoloji terrordur və aqrar alimlərimizi narahat edən bu məsələ də mütəmadi olaraq, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. 

Zakir MURADOV
Gəncə

 





21.10.2020    çap et  çap et