525.Az

Cavad Zeynalın yeni şeirləri


 

Cavad Zeynalın <b style="color:red">yeni şeirləri</b>

 

 

ÖZÜMDƏ SAXLADIM UŞAQLIĞIMI

Özümdə
saxladım uşaqlığımı,

Özümdə saxladım bu yaşımacan.

Gözümdə, könlümdə bir oldu hamı,

Sevildim, özgədən qardaşımacan.

İnandım hamıya bir uşaq kimi,

Salıb zarafata quzu dedilər.

Bütün sözlərimi, söhbətlərimi

Bütün söhbətlərin duzu dedilər.

Bilmədim dünyada qurd var, quzu var,

Canavar göründü tazı donunda.

Yaxınlar, uzaqlar qılıqladılar,

Qarılar nazlandı qızı donunda.

Barındım arzumdan, xəyallarımdan,

Qarşımda əyilib sındı çoxusu.

Gözümdə oxunan suallarımdan

Özünü, sözünü dandı çoxusu.

Özümə xoş gəldi öz uşaqlığım,

tökdüm, həmişə aşıma çıxdı.

Mənim uşaqlığım, mənim paklığım

Dönüb yaxşılara qarşıma çıxdı.

Yaxşı ki, əyrini daim düz kəsir,

Örəyim özümə göz qoyur məni.

Mənim uşaqlığım mənimlə gəzir,

Mənim uşaqlığım qoruyur məni.

29.09.2013

DAHA BU DÜNYANIN SONU GƏLİBDİ

Kriminal hadisələrdə atasını, anasını  öldürən oğulların adı çəkiləndə dedim dünyanın axırıdı.

Daha bu dünyanın sonu gəlibdi,

Dünyanın axırı çatıbdı daha.

Adamlar şeytanı Tanrı bilibdi,

O ki var günaha batıbdı daha.

Qurumuş ağactək qabıqlamışıq,

Nələr düşünmüşük günahdan qabaq?

Biz ki axirəti qabaqlamışıq,

Axirət sahibi Allahdan qabaq.

Ağıldan o qədər uzanmışıq ki,

Qolumuz mənasız gücə dönübdü.

O qədər günahlar qazanmışıq ki,

Ata da, ana da heçə dönübdü.

Oğul da anaya əl qaldırarmış,

Necə qazanarmış qatil adını.

Ataya, anaya tük saldırarmış,

Necə daşıyarmış batil adını.

Ana düşünməyib: süd verdiyi kəs

Böyüyüb, evində yad olacaqdır.

Öyünə-öyünə  nər dediyi kəs

Ana öldürəcək, ad alacaqdır.

Pozulub dünyanın axar-baxarı,

Adamlar şeytanı Tanrı bilibdi.

Daha bu dünyanın çatıb axırı,

Daha bu dünyanın sonu gəlibdi.

27.10.2013

ANALAR QOCALANDA

Şirin sözdən bal çəkər,

Pay ayırar, bol çəkər.

Gözləri hey yol çəkər

Analar qocalanda.

Qırışlaşır, sirləşir,

Ocaqlaşır, pirləşir.

Uşaq kimi kürləşir

Analar qocalanda.

Ər kişini sel eylər,

Yığdığını göl eylər.

Oğlu, qızı el eylər

Analar qocalanda.

Qonşulara hay verər,

Gələnlərə çay verər.

Balalara  pay verər

Analar qocalanda.

Yaşayırlar, solurlar,

Dillərdə dad olurlar.

Bir elə ad olurlar

Analar qocalanda

08.10.2013


İNDİ
BİLMİŞƏM


İşıqdan
salmışam söhbət-sözümü,

Gəzdiyim həmişə  nur, işıq olub.

Elə unutmuşam bəzən özümü,

Gözümü tutan da gur işıq olub.

Vaxt olub gözümdə sökülübdü dan,

Açılan sabahlar səsləyib məni.

Üstümə atılan çirkab-çamurdan

İşıqlı olmağım gözləyib məni.

deyim, çoxuna bəlkə xitabdı

Göylərdə ağaran samanlı yolum.

Gələcək adında böyük kitabdı

Sabahlı, səhərli, zamanlı yolum.

Çox küllər altında qorlar sezmişəm,

Eşmişəm, hər biri bir işıq olub.

Hərədə bir cürə işıq gəzmişəm,

Gözümü ilk çəkən yaraşıq olub.

Fərəhlər duymuşam mən dincliyimdə,

Bilmişəm Ay doğur gecə qoynunda.

Sevdiyim gözəl ilk gəncliyimdə

Görünüb gözümə işıq donunda.

Qara deməmişəm hər qaraltıya,

Bilirəm qara , qaraltı nədir.

Uymuran işaran hər parıltıya,

Görürəm işıq , parıltı nədir.

Kimsəyə sevgimi, sayğılarımı

İçimdə  nur kimi saxlayıram mən.

Fikrimi, hissimi, duyğularımı

İşığa tuturam, yoxlayıram mən.

Gecələr yerini verir Günəşə,

Açılır dünyanın mübhəm sirləri.

Çəmənlər şehini sərir Günəşə,

Görünür gecənin öpüş yerləri.

Qaranlıq gecəni vec bilmirəm mən,

Bilirəm dalınca gələcək səhər.

Ötən anlarımı heç bilmirəm mən,

Bilirəm üzümə güləcək səhər.

İşıqlı ümidlər mən bəslədim ki,

Yaman acıqlıyam qara sözündən.

Yarımı sevirəm, gizlədim ki,

Baxmayın öpürəm qara gözündən.

İşığa tuturam mən çox dibləri,

Çoxları düşünür səhv eyləyirəm.

Üstümə yeriyən qara divləri

Mən öz işığımla məhv eləyirəm.

İşıqlı adamlar çəkir fikrimi,

İşıqlı adamda xoş niyyət olur.

Parlayır hər biri bir ulduz kimi,

Parlayır hər biri, şəxsiyyət olur.

Zülmətin bağrını sökən, dağlayan

Qəlbimdə sevgidi, söz işığıdı.

İnsanı insana çəkən, bağlayan

Mən indi bilmişəm öz işığıdı.

22.10.2013

TAMAŞA DÜNYADA TAMAŞAYIQ  BİZ


Tamaşa
dünyada tamaşayıq biz,

Tamaşa edirik bir-birimizə.

Qüdrətdən yaranmış elə payıq biz,

Baxanlar mat qalır hər birimizə.

Bir kimsə aramır söz dünyasını,

Gözündə özüdür, həm sairləri.

Bir şair dəyişir öz dünyasını,

Yasına gəlməyir xalq şairləri.

Çətirdi, kölgədi hər yaşıl budaq,

Bulaqlar başında aslanıq, şirik.

Allah eləməsin vəzifə tutaq,

Vəzifə tutduqmudahiləşirik.

Sinəmiz qabarır tərif dinəndə,

Tərifdəntərifə daşınırıq biz.

Şişirik şar kimi təriflənəndə,

Tərifsiz qalanda qaşınırıq biz.

Üzümüz zəy dadır kin daşıyanda,

Sanırıq sadəcə bir ahıq daha.

Vəzifə alanda, çin daşıyanda

Biz elə bilirik Allahıq daha.

Dözmürük adicə boğmaya belə,

Sinələr çatladıb ad oluruq ki.

Işimiz düşəndə doğmaya belə,

Elə özgələşir, yad oluruq ki.

Tamaşa dünyada tamaşayıq biz,

Tamaşa edirik birbirimizə.

Qüdrətdən yaranmış elə payıq biz,

Baxanlar mat qalır hər birimizə.

27.01.2014

QUMA YAZMIŞAM

Adını, sevgini quma yazmışam,

Adından, sevgindən qalmayıb heç  .

Külək əllərimlə elə pozmuşam,

Elə bil əzəldən olmayıb heç  .

Elə bil ömrümə gəlməmisən heç,

Elə bil günümdə yaşamamısan.

Mənimlə bir deyib-gülməmisən heç,

Qəlbində sevgimi daşımamısan.

Necə bilməmişəm kimliyini mən,

Necə aldanmışam, yazıqlar mənə.

İçimin, çölümün təmizliyindən

Hecə aldanmışam, yazıqlar mənə.

Zərrəcə əsər yox dəyanətindən,

Xatırla nəfsinə qul olduğunu.

Andına, eşqinə xəyanətindən

Ayaqlar altında çul olduğunu.

Çağlayan, köpürən selə dönərdim,

Elə soyuyubdu qəzəbim indi.

Haraylar qoparan yelə dönərdim,

Elə sakitləşib əsəbim indi.

İnanma bir kimsə sənə inansın,

Harayın, həşirin saxlasın məni.

Bacı istəyirəm halıma yansın,

Ana istəyirəm ağlasın məni.

Hiylələr qoynunda gələn məhəbbət

Beləcə qumlara yazılmalıydı.

Qumlara yazılan, ölən məhəbbət

Küləklər əlində pozulmalıydı.

23.11. 2013.

DODAQQAÇMALAR


Elçin

O atlı yol gedir, yolu dag aşır,

Boylanır göynəkli, dağlı kölgələr.

Sahibli olanlar gəzir, dolaşır,

Haraylar qoparır bağlı kölgələr.

                        Musa Yaqub

Bir kimsə görmədi gözümdə eynək,

Qaya parçasıyam, belə sayın.

Möhürlər vurdunuz çöllərə, neynək,

Bircə bu dağları hasarlamayın.

                        Məmməd İsmayıl

Təpərim qoluma, dizimə güldü,

Üstümə yeriyən çəndən xəbərsiz.

Bir qarı çay verdi, üzümə güldü,

İç, məni sevmisən məndən xəbərsiz.

                        Məmməd Aslan

Taleyim həsrəti boyuma biçdi,

Enişsiz, yoxuşsuz həyat sürmədim.

Gözəllər gözümdə sayrışdı keçdi,

Şəkərdən savayı xanım görmədim.

                        Ramiz Rövşən

Yüküm kitab, iliyim nur,

Burax gedim, Ay işığı!”

İstəyirsən ələyim nur,

İşıgına yay işığı.

                        Sabir Rüstəmxanlı

Qoşuldum siyasətə,

Həqiqətlə bir oldum.

Başımı qanatdılar,

Səbr etdim, Sabir oldum.

                     Tofiq Abdin

Çoxları bilmir hələ

Yavan, yavanlıq nədir.

Silin illər tozumu,

Deyim cavanlıq nədir.

                      Rüstəm Behrudi

Azadlığın gülü solmaz,

Qurban istər bar ağacı.

Salam verib salam almaz

Hər adama dar ağacı.

                        Əjdər Ol

Bu sözdü: özgə, yad. . .

Hamı doğma kəsimdi.

Ummuram da yüksək ad,

Əjdər Oldum, bəsimdi.

                       Aqil Abbas

Mən torpağa bağlıyam,

Bağbanım var, gülçüm var.

Kimsə məndən inciməz, – 

BirƏdalətölçüm var.

                        Rəşad Məcid

Xəyallı görünürsən,

Unut dərdisəri gəl.

Yaxşı şeir yazmısan?

Qıraq durma, bəri gəl.

                        Yaşar

Mütərciməm, nasirəm

Gecədan arasında.

bəxtəvər nazirəm

İki can arasında.

                         Vaqif Yusifli

Başlar yaman çoxalıb

Janrlar hasarında.

Tənqid atım çaş qalıb

Təriflər bazarında.

                        İlham Rəhimli

Çox sadiqəm dostluga,

Sınanmışam darda mən.

Hər bir sənət gözəldir,

Harda sənətorda mən.

                        Vilayət Quliyev

imiş bu siyasət,

Göylər kimi dolmuşam.

Ədəbiyyat bir yana,

Tamam qərib olmuşam.

                        Məhərrəm Qasımlı

Sevənlər sözlərimdən

Əhdləşir, bağlaşırlar.

Dağlar dönür ozana,

Ozanlar dağlaşırlar.

                        Şirindil Alışanlı

Dayaq durdum çoxuna,

Yüksək ada çatdılar.

Dartıb axır məni

Özlərinə qatdılar.

                Nizaməddin Şəmsizadə

Məxməridi tənqidim,

Ürəyinə salan yox.

Baxış satırAyğırım,

Heyif, lentə alan yox.

                        Vaqif Bəhmənli

Yanımyörəm qarıdı,

İçində bir sənəm yox.

Nənəm sizə gəlmişdi,

Özün gəldin, nənəm yox.

27-28.12.2013

 

 





04.02.2014    çap et  çap et