525.Az

Xalq artistinin oğlu dünyasını dəyişdi


 

Xalq artistinin oğlu dünyasını dəyişdi<b style="color:red"></b>

Azərbaycanın Xalq artisti, rejissor Vaqif Əsədovun oğlu Oqtay Əsədov dünyasını dəyişib.

Lent.az xəbər verir ki, rejissorun oğlu maliyyə sahəsində çalışırmış. Özü koronavirusa yoluxan rejissor uzun müddətdir xəstəxanada müalicə alır.

Əsədov Vaqif Firudin oğlu 1947-ci il aprelin 5-də Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb.

Uzun müddətdir Dövlət Gənc Tamaşaçılar teatrında rejissor işləyirdi. Rejissor Milli Dram Teatrında da bir çox tamaşalara quruluş verib. Rəsmi dövlət tədbiorlərinin quruluşunu verib.

Mərhum aktrisa Zemfira Əliyevanın həyat yoldaşı, rejissor, aktyor Rüfət Əsədovun əmisi oğludur.

 





22.10.2020    çap et  çap et