525.Az

Azərbaycan, gözün aydın... - Şeir


 

Azərbaycan, gözün aydın... - <b style="color:red">Şeir</b>

Səsimə səs verin dedim, Qarabağım əsarətdə,
Kar qulaqlar eşitmədi, kor vicdanlar xəyanətdə.
Sapı bizdən baltaların kəsiləndən əli-qolu,
Xalq güvəndi öz gücünə, işıqlandı haqqın yolu.

Güclərimiz birləşincə, Türkün gücü selə döndü,
Şəhidlərin al qanıyla torpaq qızıl gülə döndü.
Döndüm artıq öz-özümə, boyun əydi xeyirə şər,
Türkün haqqı, ədaləti haqsızlığın önün kəsər.

"Zülüm çəkən" erməninin gerçək üzü çıxdı üzə,
Yalvarsa da, inanmayın dil çıxarır əfi, gürzə.
Boz qurdların qarşısında çaqqalların şansımı var?
Aslan kürkü geyən tülkü bil ki, yenə tülkü doğar.

Düşmən qaçır döyüşməyə, vuruşmağa cürəti yox,
Zəncirləyir əsgərini, zənciri var, qeyrəti yox.
Torpaq ona özgə, yaddır qəbul etməz varlığını,
İt aslanla döyüşməz ki, bağlasan da ayağını.

Bağla qaçan əsgərini, başqa yolun yoxdur sənin,
İgidlərim çoxdan biçib, bezdən hazırdır kəfənin.
Ya da gedin, qoy batmasın əlim kirli qanınıza,
Sizdə Vətən doyulan yer, əsirsiniz qarnınıza.

Gavurları Vətənimdən atdıq nəfəs aldı torpaq,
İllərdir ki, söyləyirik: "Ya şəhidlik, ya Qarabağ".
Əsgərimin ayaq səsi duyulmaqda, Cıdır düzü,
Sağalacaq yaraların, silindi düşmənin izi.

Dünən meydan oxuyanlar bu gün yarpaq kimi əsir,
Ya qaçırlar ər meydandan, ya orduma düşür əsir.
Qarabağın adın çəkmə son uyarım budu sənə,
İrəvanı geri allam, gerçəkləri bir görsənə.

İndi sıra Zəngəzurda, Göyçədədir, ulu Turan,
Yetər artıq, yüz il keçdi, ayrı qaldım Naxçıvandan...
Gözün aydın, Azərbaycan, azad oldu Qarabağın,
Gözün aydın, ulu Turan, yandı qaralmış ocağın.
Gözün aydın, Türk millətim, alnındakı qara getdi,
Gözün aydın, ana torpaq, əsarətin, zülmün bitdi!..

Rövşən XASAYOĞLU

 





22.10.2020    çap et  çap et