525.Az

Gəlin, qurban gedək Azərbaycana! - Şeirlər


 

Gəlin, qurban gedək Azərbaycana! - <b style="color:red">Şeirlər </b>

Var olsun!

Torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşan şanlı Ordumuza və Ali Baş Komandanımıza ithaf edirəm

Ay ellər, ölkəmiz qələbə çalır,
Kafir düşmənlərdən qisasın alır.
Qəlbimiz sevinclə, fərəhlə dolur,
Bizim arxamızda duran var olsun.

Düşmənlər düşürlər artıq minnətə,
Xalqımız çatacaq şana-şöhrətə.
Allah da tərəfdir haqq-ədalətə,
Başımız üstündə Quran var olsun.

Yumruqlar birləşib, olur bir nəfər
İnşallah, ölkəmiz çalacaq zəfər.
Ordumuz alıbdı neçə kənd, şəhər,
Düşməni məhv edib, qıran var olsun.

Millət dəstəkləyir Başqan İlhamı,
Gedir arxasınca indi el, hamı.
Ağzımız dadacaq qələbə tamı,
Türkiyə, Pakistan, Turan var olsun.

Azad olacaqdır Kəlbəcər, Laçın,
Ey mənfur düşmənlər yurdumdan qaçın.
Bir vurur ürəklər, qolları açın,
Kafirin bağrını yaran var olsun.

Basdıq bağrımıza Murov dağını,
Gördük zirvələrin azad çağını.
Bizim yurdumuzda gəzən yağını,
Sərrast atəşlərlə vuran var olsun.

Əsgərlər vuruşur şirin canıyla,
Torpaqlar yuyulur, şəhid qanıyla.
Xalq qalxıb ayağa öz vicdanıyla,
Özünü yollarda yoran var olsun.

Döyüşdür, savaşdır, son əlacımız,
Qarabağ bizimdir, başda tacımız,
O tayda yaşayır qardaş-bacımız,
Bu arxa, bu dayaq hər an var olsun.

Kaş ki, sağ olaydı, atam Müzəffər,
Görüb sevinəydi, ay Seyid Əsgər.
İgid qardaşların çalacaq zəfər,
Dağlar azad olsun, aran var olsun.

Azad olsun hər torpağın, hər daşın

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş Laçınlı balamız Nihad Əliyevin əziz xatirəsinə

Nihad bala, dizin-dizin süründün,
Sevincindən düşmənlərə göründün.
Şəhid olub al bayrağa büründün,
İgid kimi döndün elə, obaya,
Körpə ruhun qalxdı göyə, səmaya.

Nihad bala, Murov dağın almısan,
Al bayrağı zirvəsinə çalmısan.
Hər bir kəsə əziz, doğma olmusan,
Əziz anan saça qara bağladı,
Ölümünə bütün ellər ağladı.

Uşaq, böyük görüşünə gəldilər,
Hamı səni öz balası bildilər,
Ağladılar göz yaşını sildilər,
Atanın da qəfil beli büküldü,
Nalə çəkdi, gözündən yaş töküldü.

Yoldaşların artıq çatır Laçına,
Kafir düşmən yurdumuzdan qaçın, ha...
Kaş analar xına qoya saçına,
Sevinək ki, yurd-yuvamız alınıb,
Yeni-yeni kənd şəhərlər salınıb.

Nihad bala, qalanların sağ olsun,
İgidliyin düşmənlərə dağ olsun,
Qoy gələcək günlərimiz ağ olsun,
Yurda dönsün əziz qohum-qardaşın,
Azad olsun hər torpağın, hər daşın.

Gəlin, qurban gedək Azərbaycana!

Vətən təhlükədə qalanıb oda,
Verməyək kafirə, düşmənə yada,
Torpağın uğrunda nə qan, nə qada,
Yolmasın saçını bir bacı, ana,
Gəlin, qurban gedək Azərbaycana!

Qoruyaq qeyrəti, namusu, arı,
Sərf edək dövləti, sərvəti, varı,
Qoymayaq vətəni bölünə yarı,
Düşmənə od vuraq alışa-yana,
Gəlin, qurban gedək Azərbaycana!

İgidlər kafirə tutur divanı,
Səsləyir döyüşə Azərbaycanı,
Silin yurdumuzdan o murdar qanı,
Hərəmiz borcluyuq bir ömrə, cana,
Gəlin, qurban gedək Azərbaycana!

Çox şükür, ilahi, alınar Şuşam,
Yenə olduğutək salınar Şuşam,
Əbədi zəfərlər çalınar, Şuşam
Bir daha əyilməz xain düşmənə,
Gəlin, qurban gedək Azərbaycana!

Vətəndən silməsək düşmənin izin,
Gələcək nəsillər qınayar bizi.
Sipərə döndərək ürəyimizi,
Qoymayaq vətəni boyansın qana,
Gəlin, qurban gedək Azərbaycana!

Qələbə gözləyir "İsa bulağı",
Birləşib yurdumun aranı, dağı,
Bizi qucaqlasın vətən torpağı,
Yaylaqlar gül açsın, girsin min dona,
Gəlin, qurban gedək Azərbaycana!

Ruhunuz şad olsun, əziz şəhidlər,
Qəlbləri gül-çiçək təmiz şəhidlər,
Bu ellər, obalar sizi əzizlər,
Sizinlə fəxr edir hər bacı, ana,
Gəlin, qurban gedək Azərbaycana!

Seyid Əsgər MÜZƏFFƏROĞLU

 





22.10.2020    çap et  çap et