525.Az

"Kitab Evi" Qarabağla bağlı layihəsini davam etdirir


 

"Kitab Evi" Qarabağla bağlı layihəsini davam etdirir<b style="color:red"></b>

"Kitab Evi" İctimai Birliyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji dəstək üzrə elmi-praktik vəsaitin hazırlanması" adlı layihəsinin fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə fəaliyyət planı üzrə davam edir.

Hazırda yazılması nəzərdə tutulan "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji xidmət" (Elmi metodik vəsait) tamamlanıb və nəşrə hazırdır. Rəy üçün şuraya və tərəfdaş qurum olan "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"na təqdim edilib.

Layihə əsasən Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə verilən psixoloji dəstəyin effektini artırmaq, həmin şəxslərin düşdükləri Posttravmatik Stress Pozuntusunun (PTSP) qalıqlarının aradan qaldırılmasında psixoloqlara dəstək vermək, bununla da pasiyentlərin özlərinin və ətrafındakıların narahatçılığına son vermək məqsədi daşıyır. Eyni zamanda, hazırlanacaq elmi vəsait bu sahədə çalışan mütəxəssislərə gördükləri işin yararlı olduğunu hiss etmək imkanı verəcək.

Hazırda layihənin fəaliyyət planına uyğun olaraq, studiya ilə müqavilə bağlanır. Elmi metodik vəsaitin studiyada təsviri-sxematik və səsli yazılmaqla slayd şəklində hazırlanması işlərinə başlanıb.

 





22.10.2020    çap et  çap et