525.Az

Kəşmir düyünü niyə açılmır?


 

Kəşmirlə Həmrəylik Gününün səbəb və nəticələri

Kəşmir düyünü niyə açılmır?<b style="color:red"></b>

M. Raza Malik
Kəşmir Media Servisin
baş redaktoru.
razamalik849@gmail.com

1991-ci ildən başlayaraq hər il pakistanlılar bütün dünyada 5 fevral tarixini son altmış ildən çox müddət ərzində birincilik hüququnun, öz müqəddaratını təyin etmə hüququnun əldə edilməsi uğrunda mübarizə aparmış qurbanlar vermiş Kəşmir xalqı ilə  həmrəylik ifadəsi kimi qeyd edirlər.

Həmişə olduğu kimi bu il Pakistan xalqı işğal altında olan Kəşmir xalqına öz siyasi, mənəvi diplomatik dəstəyini bir daha təsdiq etmək üçün seminarlar, konfranslar nümayişlər təşkil edəcək. Bu tədbirlər zamanı Kəşmir münaqişəsinin olduqca mühüm tərəfləri işıqlandırılır, Hindistan qoşunları tərəfindən Kəşmir xalqına qarşı insan haqlarının pozulması faktlarla nümayiş olunur.

"Kəşmirlə Həmrəylik Günü"nün qeyd olunmasının əhəmiyyətini anlamaq üçün yüzillik Britaniya hökmranlığından sonra Kəşmirin Subkontinent bölünən zaman Hindistan tərəfindən işğalının tarixini anlamaq lazımdır. Britaniya parlamenti tərəfindən 18 iyulda qəbul olunmuş 3 iyun 1947-ci il tarixli Hindistanın müstəqillik aktına Bölünmə planına əsasən Britaniyanın Hindistan müstəmləkəsi həmin il iki müstəqil ölkəyə bölünməli idi. Hindlilərin üstünlük təşkil etdiyi ərazilər Hindistana, Qərb əyalətləri  şərq Benqalda müsəlmanların üstünlük təşkil etdiyi ərazilər isə Pakistan dövlətinə aid olmalı idi.

Bölünmə şərtlərinə əsasən, knyazlıqlar coğrafi mövqe ictimai demoqrafiya nəzərə alınmaqla ya Pakistana, ya da Hindistana birləşməli idi. Əhalisinin 87 %-i müsəlman olub əksər müsəlmanlardan ibarət olan Kəşmirin Pakistana birləşmək üçün təbii meyli var idi. Buna rəğmən Kəşmirin o zamankı hindli rəhbəri Maharaca Hari Sinqh Hindistan Milli Konqresinin məkrli planları milyonlarla kəşmirlinin gələcəyinin məhvinə  yol açdı. 1947-ci il oktyabrın 27- Bölünmə planının ruhuna kəşmirlilərin arzularına heç bir məhəl qoymadan Hindistan öz qoşununu yeridərək Kəşmiri işğal etdi.

Kəşmir xalqı Hindistanın qeyri-qanuni işğalını elə ilk gündən qəbul etməyib, o vaxtdan azadlıq uğrunda mübarizə aparıb. Xalqın dəstəyi ilə silahlı mübarizəyə başlanılıb. 1948-ci il yanvarın 1- silahlı qüvvələrinin məğlub olacağını hiss edən Hindistan, BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Pakistan Hindistanın da qəbul etdiyi Təhlükəsizlik Şurasının sonrakı qətnamələrində atəşkəs, atəşkəs xəttinin demarkasiyası, Kəşmirin demilitarizasiyası nəzərdə tutulub, BMT tərəfindən azad qərəzsiz ümumxalq səsvermə keçirilməsi xahiş olunub. Atəşkəs xəttinin demarkasiyası Kəşmirin iki hissəyə - Azad Cammu Kəşmirə Hindistanın işğal etdiyi Kəşmirə bölünməsi ilə nəticələnib. BMT qətnamələrinin birinci mərhələsi (atəşkəs) icra olunsa da ərazinin demilitarizasiyası BMT-nin himayəsi altında ümumxalq səsvermənin keçirilməsi bu günə kimi yerinə yetirilməmiş qalır.

1947-ci il oktyabrın 27-  Hindistanın ilk ölkə başçısı lord Mountbaten deyib: "Kəşmirin birləşmə məsələsi bu ştatın xalqının arzusuna uyğun  həll olunmalıdır".

Kəşmir məsələsi hökuməti tərəfindən BMT- çıxarılan Hindistanın banilərindən biri ilk baş naziri Pandit Cavaharlal Nehru da 25 noyabr 1947-ci ildə Hindistan Müəssislər Məclisində belə deyib: "Niyyətimizin saflığının sübutu kimi biz təklif etmişik ki, xalqa [Kəşmir xalqına] öz gələcəyini həll etmək imkanı veriləndə bu, BMT kimi bir qərəzsiz ədalət orqanının nəzarəti altında həyata keçirilməlidir".

1952-ci il 26 iyunda Hindistan parlamentində çıxış edən Nehru deyib: ".....Kəşmir xalqı bizimlə olmaq istəmirsə ayrıla bilər; bizim üçün qədər ağır olsa da xalqın arzusuna zidd olaraq onları saxlamayacağıq".

Kəşmir münaqişəsinin ən acınacaqlı tərəfi odur ki, Hindistan bu məsələni BMT-nin gündəliyinə özü salıb, ancaq sonra münaqişənin həlli Kəşmir xalqına öz müqəddaratını təyin etmə hüququnun verilməsi ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında verdiyi vədlərindən geri çəkilib.

İşğal olunmuş ərazilərdə xalq Kəşmir münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bütün vasitələrin iflasa uğradığını görəndən sonra öz müqəddaratını təyin etmə hüququnu müdafiə etmək üçün 1989-cu ildə kütləvi üsyan hərəkatına başladı. Bu hərəkat hər keçən günlə güclənərək Hindistanı Pakistanla danışıqlar masasına oturmağa məcbur edib. Mənzərənin ən kədərli tərəfi odur ki, Pakistan dialoq prosesi zamanı xeyli yumşaqlıq nümayiş etdirdiyi halda, Hindistanın güzəştsiz yanaşması Kəşmir münaqişəsinin həllində ən böyük əngəl olmaqda davam edib.

Hindistanla Pakistan arasında dialoq prosesinin davam etməsinə, iki ölkə arasında Etimad tədbirlərinin (EYT) həyata keçirilməsinə baxmayaraq yerlərdə vəziyyət Hindistanın günahsız Cammu Kəşmir xalqına qarşı dövlət terrorizminin əngəlsiz davam etməsi üzündən dəyişməmiş olaraq qalır. Hindistan qoşunları günahsız insanları qətlə yetirmək, cavanları həbs etmək, yaşayış evlərinə od vurmaqla insan haqlarının pozulması sahəsində bütün rekordları qırıblar. Son iyirmi il ərzində Hindistan silahlı güvvələri işğal olunmuş Kəşmirdə doxsan iki mindən çox mülkü şəxsi, yeddi mindən çox məhkumu qətlə yetirib, iyirmi beş mindən çox qadını dul, yüz mindən çox uşağı yetim qoyub təxminən on min kəşmirli qadına təcavüz ediblər. Silahlı qüvvələrin dustaqxanalarında izi itmiş minlərlə qünahsız kəşmirlinin harada olduqları hələ müəyyən edilməlidir.

Pakistan dəfələrlə bəyan edib ki, Pakistanla Hindistan arasında ən əsas məsələnin həlli ilə bağlı kəşmirlilərin istəklərinə zidd olan hər hansı variant heç zaman qəbul olunmayacaq.

Tarixi nöqteyi- nəzərdən Pakistan dövlətinin xalqının kəşmirlilərlə həmrəyliyini ifadə etmək üçün bir neçə səbəb var. Onlardan ən çox diqqət çəkəni əsrlər boyu hər iki bölgənin xalqlarını bir-birinə birləşdirən ümumi mədəni, ideoloji, coğrafi bağlardır.

Hindistanla Pakistan arasında əsas münaqişə predmeti olan Kəşmir məsələsi Pakistanı Kargil böhranı daxil olmaqla dörd müharibəyə sövq edib bu gün hər iki ölkə 2008-ci ilin noyabrında Mumbayda baş vermiş teraktlardan sonra yenə müharibə həndəvərindədir. BMT beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş kəşmirlilərin öz müqəddaratını təyin etmə hüququnu dəstəklədiyinə görə Pakistan öz təhlükəsizliyi üçün artmaqda olan təhlükənin qarşısını almaq məqsədilə son altmış bir il ərzində maliyyə ehtiyatlarının başlıca hissəsini hərbə ayırmağa məcbur olub. Üstəlik, Hindistan Pakistanın nüvə potensialı əldə etməsi dünya ölkələrinin həyəcanına Kəşmiri nüvə münaqişəsinin ocağı elan etməsinə sabəb olub. Hətta yeni seçilən ABŞ prezidenti Barak Obama qeyd edib ki, bölgədə fəlakətə yol aça biləcək hər hansı ehtimalın önlənməsi üçün Hindistan-Pakistan Kəşmir münaqişəsinin həll olunmasına ehtiyac var.

 





04.02.2014    çap et  çap et