525.Az

"Xarici investorların azad edilmiş ərazilərimizə gizli yatırım mübarizəsi başlayacaq"


 

"Xarici investorların azad edilmiş ərazilərimizə gizli yatırım mübarizəsi başlayacaq"<b style="color:red"></b>

“Xarici İnvestisiyanın cəlb edilməsində münaqişə ocağının mövcudluğu böyük problem idi. Bu münaqişə ocağının qaldığı halda yenə də bu illər ərzində respublikamıza kifayət qədər xarici investorlar maraq göstərmiş və bu maraq böyük ölçüdə investisiyaların reallaşdırılmasılə nəticələnmişdir. Belə ki, 1995-2017-ci illər dövründə ölkə iqtisadiyyatına ümumilikdə 125.5 mlrd. ABŞ dolları məbləğində xarici investisiya daxil olub ki, bunun da 95%-dən 2000-2017-ci illərdə baş verib”.

Bu fikirləri 525-ə açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, bu dövrdə ölkəyə daxil olan bütün xarici investisiyanın 29.2 mlrd. dolları Azərbaycan hökumətinin və ayrı-ayrı dövlət və özəl qurumlarının beynəlxalq maliyyə-kredit təşkilatlarından cəlb etdikləri maliyyə kreditləri, 77.8 mlrd. dolları isə  birbaşa investisiyalar olmuşdur. Yerdə qalan 13-14 milyard dolları isə digər investisiyaların payına düşmüşdür.

Eldəniz Əmirov qeyd edib ki, rəqəmlərdən də göründüyü kimi hələ Qarabag kimi bir münaqişənin qaldığı bir məqamlarda ölkə rəhbərliyi yetərincə  xarici investorları cəlb etməyi bacarmışdır. Bu münaqişənin zəfərlə həllindən sonra xarici investisiya axının artım dinamikasının müşahidə ediləcəyi şübhəsizdir. Çünki, investisiyalarla bağlı qərarlara təsir edən amillər sırasında ilk yerdə  ölkədə siyasi sabitlik və təhlükəsizlik gəlir. Bunu ardından hüquqi və tənzimləyici mühit, daxili bazarın miqyası, makroiqtisadi sabitlik və s. sıralanır:

“Göründüyü kimi Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə bitməsi xarici investisiya mühiti üçün heş vaxt olmadığı qədər münbit mühit yaradacaq. İllər boyu mövcud olan siyasi sabitliklə yanaşı müharibə zəfərindən sonra təhlükəsizliyin də təmin edilməsi, münaqişə ocağının yox edilməsi respublikamızı xarici investorların tam diqqət mərkəzinə çevirəcək. Hətta mən deyərdim ki artıq bu istiqamətdə bir oyanış var, xarici investorlar maraq göstərməyə başlamış və müəyyən vasitələrlə Azərbaycan hökümətilə danışıqlar aparmağın fürsətini gözləyirlər.  Çünki, istər hazırda müharibə gedən rayonlarımızda, istərsə də ətraf rayonlarımızda investisiya yatırıb böyük mənfəət əldə etmək üçün kifayət qədər böyük potensial var. Odur ki, müharibə bitər –bitməz xarici investorların azad edilmiş ərazilərimizə yatırım etmək üçün gizli mübarizəsi başlayacaq”.

 

 





24.10.2020    çap et  çap et