525.Az

Kliçkodan Yanukvoiçə xəbərdarlıq: "Ukraynanı parçalamaq istəyirlər"


 

Kliçkodan Yanukvoiçə xəbərdarlıq: "Ukraynanı parçalamaq istəyirlər"<b style="color:red"></b> Ukrayna müxalifəti liderlərindən, «UDAR» Partiyasının sədri Vitali Kliçko bildirib ki, prezident Viktor Yanukoviçin mövcud siyasi böhranı həll etmək arzusu yoxdur.
 
Lent.az-ın «unian.net»ə istinadən məlumatına görə, o, bu haqda bəyanatı prezidentlə görüşdən sonra verib.
 
«Prezident fəaliyyətsiz qalmaq istəyir. Deməli, böhranın gerçək həllini istəmir»-deyə, Kliçko vurğulayıb.
 
Onun sözlərinə görə, ölkə başçısı konstitusiyaya dəyişikliyin bir neçə aydan yarım ilədək sürəcəyini deməklə konkret cavab verməyib.
 
«Yanukoviçlə danışıqda  qeyd etdim ki, cəmiyyətdə gərginlik artır və bəzi siyasilər Ukraynanın federallaşmasından, onu parçalamaqdan danışır, bunların qarşısı alınmalıdır» -deyə, Kliçko söyləyib.
 
Bir müddət öncə, onun Yanukoviçlə Ukraynanın 2004-cü il Ana Yasasına qayıdılmasını müzakirə etmək niyyətində olduğu bildirilmişdi.
 





05.02.2014    çap et  çap et