525.Az

45 günlük körpə hacı oldu


 

45 günlük körpə hacı oldu<b style="color:red"></b>

Müqəddəs torpaqları ziyarət edən 96 yaşlı qadın və 45 günlük körpə hacı oldu.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Dini İşlər Rəhbərliyi tərəfindən 96 yaşlı Əminə Tekçe və körpə Mədinə Mədinəyə yola salınıb.

Əminə Tekçe körpəni qucağına alarkən onun vətənə layiqli övlad olmasını dua etdiyini öyləyib: “Mədinəni qucağıma alarkən xeyirli övlad olması üçün dua etdim”.

96 yaşlı ziyarətçi daha sonra Mədinədə namaz qılaraq Allaha dua etdiyini vurğulayıb. Körpənin anası Mələk Konuk isə göstərilən xidmətlərdən məmnun olduğunu dilə gətirib.

NİGAR

 





16.10.2012    çap et  çap et