525.Az

Qəbul və buraxılış imtahanlarının günləri açıqlandı


 

Qəbul və buraxılış imtahanlarının günləri açıqlandı<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ildə keçiriləcək imtahanlarının və tədbirlərin ilkin plan-qrafikini açıqlayıb.

Komissiyadan 525.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu - 11-20 fevralda aparılacaq.

Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi martın 2-də, 2-ci mərhələsi mayın 25-də keçiriləcək.
 
Magistraturaya proqram seçimi - 01-05 may

Magistraturaya ixtisaslaşma seçimi- 29 may – 01 iyun


Rezidenturaya qəbul imtahanı:
 
1-ci mərhələ -30 mart

2-ci mərhələ - 27 iyul

Rezidenturaya ixtisaslaşma seçimi- 29-31 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları

06, 13 (təkrar), 20, 27 aprel, 25 may (təkrar), 01 iyun

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu -01 aprel - 30 aprel

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə seçmə tur - 15 aprel – 30 aprel

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü - 25 aprel

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı:
1-ci - 04 may
2-ci -03 iyul

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı
- II və III qruplar üzrə - 11 may
- I və IV qruplar üzrə - 18 may

Buraxılış imtahanları: Peşə liseyləri - Mart ayı

Buraxılış imtahanları: ümumtəhsil müəssisələri
1-ci istiqamət
2-ci istiqamət
3-cü istiqamət
4-cü istiqamət
Eksternat
İyun ayı

Cari ilin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı
- I və IV qruplar üzrə
- II və III qruplar üzrə

İyul ayı

Qabiliyyət imtahanı (I və IV qruplar)
Qabiliyyət imtahanı (III qrup)

İyul ayı

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu

12 may-12 iyun

Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat

19-29 may

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı- əvvəlki il məzunları

29 iyun

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur

02-05 iyul

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi

02-10 iyul

Monitorinq imtahanları

mart ayı - 5-ci və 6-cı siniflər
aprel- may ayları - 11-ci sinif

 





05.02.2014    çap et  çap et