525.Az

Milanda italyan şairin gecəsində Azərbaycan həqiqətləri


 

Milanda italyan şairin gecəsində Azərbaycan həqiqətləri<b style="color:red"></b>

Yaddaqalan bir gün idi. İtaliyanın sənət ocağı sayılan Milan şəhərindəki konservatoriyada bu ölkənin tanınmış şairi bəstəkarı Davide Qualtierinin poeziya axşamı keçirilirdi. Biz ailəlikcə, yaxınlarımızla həmin mərasimdə iştirak edirdik. Gecəyə xeyli sayda poeziya vurğunu  qələm sahibləri təşrif buyurmuşdu. Bu, əsl yaradıcılıq görüşü idi. Davide qonaqlara öz kitablarından hədiyyə edir öz poeziyası, söz, sənət haqqında danışırdı. Müxtəlif dövrləri əhatə edən şeirləri onun ifasında səsləndikcə alqışlarla qarşılanırdı. Davide ona ünvanlanan sualları dolğun, əhatəli cavablandırırdı.

Sonra ölkəmiz haqqında, Azərbaycanla bağlı gördüyü işlər barədə danışdı məni  səhnəyə dəvət etdi. Doğrusu mən bunu gözləmirdim, çünki mərasim sırf onun yaradıcılığına həsr edilmişdi. O isə yaradıcılıq gecəsinin çox hissəsini Azərbaycan poesiyasına, tarixinə, mədəniyyətinə həsr etdi. Azərbaycan poeziyasının dahilərindən - Nizamidən, Füzulidən, müasirlərdən söz açdı. Azərbaycan dilinin gözəlliyindən, gördüyü muzeylərdən, Qobustan s. haqqında məlumat verdi. Bu məlumatlar hamının marağına səbəb oldu. Suallardan biri Azərbaycanda başqa dinlərə münasibətlə bağlı oldu. Cavabında o, bizim ölkədə bütün dinlərin-müsəlman, xristian, yəhudi dinlərinin nümayəndələrinin mehriban, əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırdı. Bu hamının ürəyincə oldu. Elə təəssürat yarandı ki, sanki bu məclis Azərbaycana həsr edilib. Mən Zakir Fəxrinin "Qarabağsız" şeirini azərbaycanca oxudum o, tərcumə etdiyi bu şeiri  musiqinin müşayiəti ilə italyanca səsləndirdi. Sanki ağlayırdı. Daha sonra isə Qarabağ haqqında ətraflı məlumat verdi. Vurğuladı ki, Qarabağ Azərbaycanın sənət beşiyidir. Eyni zamanda, ermənilərin orada törətdiyi vəhşiliklərdən ürək ağrısıyla danışdı. 

Davide vurğuladı ki, Azərbaycanda böyük mədəniyyət, istedadlı insanlar, gördüm. İtaliya xalqına bizim mədəniyyəti öyrənməyi tövsiyyə etdi. Tədbir bitdikdən sonra bizə müxtəlif suallarla müraciət edirdilər. Biz öz növbəmizdə ölkəmizə, millətimizə qarşı törədilən cinayətlər badədə yerli insanları məlumatlandırırdıq.

Bəli, italyan sənətkarın yaradıcılığına həsr edilən tədbirdə Azərbaycana belə önəm verildi.

Mais Nuriyev

İtaliyadakı "Azəri"Azərbaycan

Mədəniyyət Assosiasiyasının prezidenti

 





05.02.2014    çap et  çap et