525.Az

Türkiyədə terror aktı törədildi


 

Türkiyədə terror aktı törədildi<b style="color:red"></b>

Türkiyənin Hatay vilayətində İsgenderun rayonun mərkəzində terror aktı törədilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgenderunun mərkəzində Fener küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını bildirib. Yaralananlar barədə hələlik məlumat verilmir.

 





26.10.2020    çap et  çap et