525.Az

Ermənilər Tərtərin Düyərli kəndini raket atəşinə tutub


 

Ermənilər Tərtərin Düyərli kəndini raket atəşinə tutub<b style="color:red"></b>

Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər bu gecə Tərtərin Düyərli kəndini raket atəşinə tutub.

“SMERÇ” tipli sistemdən atılan raket kənd sakini Əvəz Həsənovun həyətinə düşüb, xoşbəxtlikdən partlamayıb.  

 





27.10.2020    çap et  çap et