525.Az

Bərdəyə raket hücumu: 4 mülki şəxs öldü, 13 nəfər yaralandı - Yenilənib


 

Bərdəyə raket hücumu: 4 mülki şəxs öldü, 13 nəfər yaralandı - <b style="color:red">Yenilənib</b>

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Raket atəşi nəticəsində ölənlərin sayı isə 4 nəfərdir.

*** 17:40

“Ermənistan silahlı qüvvələrinin Bərdəyə xain raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Xəsarət alanlar arasında qadınlar və uşaqlar var. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu”, - deyə H. Hacıyev qeyd edib.

 





27.10.2020    çap et  çap et