525.Az

"Ustad nəfəsli saz-söz ərməğanı" işıq üzü görüb


 

"Ustad nəfəsli saz-söz ərməğanı" işıq üzü görüb<b style="color:red"></b>

Azərbaycan Aşıqlar Birliyi tərəfindən nəşrə hazırlanmış daha bir kitab çapdan çıxıb.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, "Ustad nəfəsli saz-söz ərməğanı" adlanan bu antologiyada aşıq ədəbiyyatının janr tərkibində mühüm yer tutan ustadnamə ənənəsinin qaynaqları - ozan soylamaları, eləcə də ötən yüzilliklərdə yaşamış saz-söz sənətkarlarının yaratdıqları öyüdləmə örnəkləri yer alıb.

Dədə Qorqud zamanından başlamış XX yüzilliyin Dədə Şəmşir dönəminəcən uzanan nəhəng xronoloji məkanda yer alan, ustad məclislərində, el yığnaqlarında dillər əzbərinə çevrilən dərin məzmunlu, fəlsəfi yüklü qoşmalar, gəraylılar, təcnislər, divanilər əsrlərin sərt sınağından keçə-keçə bu günümüzə gəlib çataraq əvəzsiz söz sərvətimizə çevrilib.
 
Antologiyada yüzə yaxın ustad saz-söz sənətkarının yaradıcılıq nümunələri toplanıb. Antologiyanın hazırlanmasında məqsəd klassik saz-söz ustadlarının yaratdıqları ustadnamə-öyüdləmə sərvətini qoruyub gələcək nəsillərə çatdırmaqla yanaşı, həm də saz-söz sənətinə yeni gələn yeniyetmə və gənclərin repertuar imkanlarını genişləndirməkdir.

Kitabı nəşrə Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı (M.Qasımlı eyni zamanda, elmi məsləhətçidir) və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

 





27.10.2020    çap et  çap et