525.Az

“Ermənistan Bərdəyə raket zərbələri endirib” - Hikmət Hacıyev


 

“Ermənistan Bərdəyə raket zərbələri endirib” - <b style="color:red">Hikmət Hacıyev</b>

“Ermənistan silahlı qüvvələri Tərtərə raket hücumundan sonra hazırda Bərdəyə raket zərbələri endirib”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Ermənistan dünən çox sayda mülki insanın kasetli raketlərlə öldürülməsindən heç bir nəticə çıxarmayıb. Ermənistan hərbi işğala və müharibə cinayətlərinə son qoymalıdır”, - deyə H. Hacıyev qeyd edib.

 





28.10.2020    çap et  çap et