525.Az

FHN-in rəhbər heyəti Bərdədə


 

FHN-in rəhbər heyəti Bərdədə<b style="color:red"></b>

FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır.

APA-nın FHN-in saytına istinadən məlumat verir ki, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Hazırki vəziyyətə görə, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Qeyd olunub ki, hadisə ilə bağlı hazırda Fövqəladə Hallar nazirinin müavinləri, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev Bərdə rayonundadırlar.

Nazir müavinləri raket zərbələrinin hədəfinə gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla görüşüb, yaralılara baş çəkiblər.

 





28.10.2020    çap et  çap et