525.Az

Pakistan Milli Assambleyası Ermənistanın təcavüzünü pisləyən qətnamə qəbul etdi


 

Pakistan Milli Assambleyası Ermənistanın təcavüzünü pisləyən qətnamə qəbul etdi<b style="color:red"></b>

28 oktyabr 2020-ci il tarixdə Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib.

APA xəbər verir ki, qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim və yekdilliklə təsdiqlənərək qəbul olunub.

Qətnamədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində təhlükəsizlik vəziyyətinin pisləşməsindən dərin narahatlıq ifadə edilir, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda həyata keçirdiyi qeyri-qanuni, qeyri-əxlaqi, qeyri-etik və qəddar təcavüz aktlar pislənilir, BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul edilmiş çoxsaylı qətnamələrinə müvafiq olaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üzrə qanuni ərazi bütövlüyünü bərpa etməsini tam şəkildə təsdiqlənir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının və legitimliyinin birtərəfli hərəkətlərlə heç vaxt zəiflədilə bilməyəcəyini vurğulanır, Azərbaycanın suverenliyi və bütövlüyü üçün zəruri olan qardaş Azərbaycan xalqının özünümüdafiə hüququ dəstəklənir, Ermənistan tərəfindən tətbiq edilən zorakılıq qınanır  və vəziyyətin daha da kəskinləşməsinin baş verməməsi üçün onun məsuliyyətsiz hərbi fəaliyyətini dayandırmasını təkid edir, Ermənistanın təcavüzü nəticəsində, kişi, qadın və uşaqlar da daxil olmaqla, Azərbaycanın günahsız mülki əhalisinin üzləşdiyi iztirab və ağrı-acının unudulmadığı qeyd olunur, Pakistanın cəsarətli Azərbaycan xalqına tam siyasi, diplomatik və mənəvi dəstəyi bir daha təsdiqlənir və çatdırılır, BMT və beynəlxalq ictimaiyyət regionda sülhün və təhlükəsizliyin bərpası üçün lazımi vəzifələri yerinə yetirməyə çağırılır.

Xatırladaq ki, 2012-ci il fevral ayının 1-də Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ilin fevral ayının 2-də  isə Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib.

Hazırkı qətnamə isə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyini əks etdirir.

 





28.10.2020    çap et  çap et