525.Az

Elazığdan Qarabağda tarix yazan qəhrəmanlarımıza məktub


 

Elazığdan Qarabağda tarix yazan qəhrəmanlarımıza məktub<b style="color:red"></b>

Türkiyənin Elazığ şəhəri bələdiyyəsi, Azərbaycan Respublikası Elazığ təmsilçiliyi, "Manas" nəşriyyatı Azərbaycanın Haqq Savaşına dəstək məktubu yayıb.
 
Məktubda deyilir:

"Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanın bölünməz parçasıdır. Bizim vətən torpaqlarımız 1991-1993-cü illər arasında Ermənistan tərəfindən işğal edildi. Ermənilər işğal etdikləri bu torpaqlarda qardaşlarımıza zülm etdilər. 26 fevral 1992-ci ildə tarixə "Xocalı Soyqırımı" olaraq keçən, dinc əhaliyə qarşı həyata keçirdikləri insanlıqdan kənar münasibətlə bir gecədə 613 Azərbaycan türkünü qətl etdilər.

Azərbaycan 30 il boyunca dünyanın bu haqsız işğalı və zülmü dəf etməsini, eləcə də Qarabağın gerçək sahiblərinə təslimini gözlədi. Ermənilər heç dayanmadılar, etdikləri azmış kimi, Azərbaycan torpaqlarına, mülki əhaliyə hücum etdilər. Xain ermənilərə bir dərs vermək və Qarabağı qurtarmaq vaxtı yetişdi. Şanlı Azərbaycan Ordusu Qarabağda bir çox yaşayış yerini işğaldan qurtardı və bu yolda davam edir. Türkiyə Cümhuriyyəti də hər zaman olduğu kimi, Azərbaycanın yanında yer aldı.
 
Şanlı Azərbaycan bayrağını Qarabağda yenidən dalğalandıran qəhrəman əsgərlərimizə minnətdarlığımızı və sevgilərimizi ifadə etmək üçün 27 oktyabrda Elazığ Müəllim Evi qarşısında "Elazığdan Qarabağda tarix yazan qəhrəmanlarımıza məktub" adlı tədbir keçirdik.

Allah əsgərlərimizin yar və yardımcısı olsun".

ŞAHANƏ

 





28.10.2020    çap et  çap et