525.Az

Saxta yolla kredit verənlər barədə cinayət işi açılıb


 

Saxta yolla  kredit verənlər barədə cinayət işi açılıb<b style="color:red"></b>

"İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı və "Astara Kredit İttifaqı" MMC-də yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

525.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, qeyd edilən cəmiyyətlərin vəzifəli şəxsləri 2010-cu ilin sentyabr ayında 2 nəfər Astara sakininin hər birinə müraciətləri əsasında 3.0 min manat məbləğində istehlak krediti vermələrinə baxmayaraq, sonradan vətəndaşlardan xəbərsiz kredit üçün girov qismində təqdim olunmuş ev və torpaq sahələrinin sənədlərindən istifadə etməklə onların adına saxta yolla 59.0 min manat məbləğində kredit rəsmiləşdiriblər.

"İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı və "Astara Kredit İttifaqı" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

 





16.10.2012    çap et  çap et