Qəhrəman şəhid zabitimiz Səid Nofəloğlunun ölümsüzlüyünə
Yadlar əyləyə bilməz,
kəhər, bizim kəhərdi.
Özgələri götürməz
yəhər, bizim yəhərdi.
Qaranlığı qaçılan,
işıq kimi saçılan,
ağ günlərə açılan,
səhər, bizim səhərdi.
Orda bizi səsləyən,
yolumuzu süsləyən,
hər an bizi gözləyən
şəhər, bizim şəhərdi.
İgid oğullar ilə,
neçə uğurlar ilə,
Yayılsın eldən-elə
zəfər, bizim zəfərdi!