525.Az

Bakıda qardaş qardaşı güllələdi


 

Bakıda qardaş qardaşı güllələdi

Ötən gün saat 22:00 radələrində Bakının Binəqədi rayonu ərazisində atışma baş verib.

Hadisə nəicəsində bir nəfər ölüb.

Binəqədi rayon prokurorunun köməkçisi Bəsti Emçiyevanın ANS PRESS-ə verdiyi məlumata görə, 39 yaşlı Teyyub Paşayev odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb və 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin Teyyub Paşayevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Teyyub Paşayevin doğma qardaşı Seyyub Paşayev olması məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində Seyyub Paşayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) və qanunsuz odlu silah saxlama (228) maddələri ilə cinayət işi başlanıb.

 





05.09.2012    çap et  çap et