525.Az

Baş prokuror “Human Rights Watch”a cavab verdi


 

Baş prokuror “Human Rights Watch”a cavab verdi<b style="color:red"></b>

“Human Rights Watch”un hesabatında deyilir ki, Baş Prokurorluğun bəyanatında Bərdədə 21 nəfər öldüyü, 70 nəfərin yaralandığı bilddirilir, amma prokurorluğun bəyanatından aydın deyil ki, bunların hamısı raket zərbələrindənmi ölub”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror “Human Rights Watch”a cavab verib:
 
“Məhz raket zərbələri nəticəsində bu insanlar ölüb, yaralanıb. Ya həmin raketlərin qəlpələrindən, ya da raketin zərbəsi nəticəsində uçan evlərin dağıntıları altında qalıb ölənlər var. Məhkəmə-tibbi ekspertiza nəticəsində bu ölümlərin səbəbləri aydınlaşdırılıb”.

 





30.10.2020    çap et  çap et