525.Az

“Əsir götürülmüş bəzi hərbçilərimizə yaxın məsafədən atəş açılaraq qətlə yetirilib”


 

“Əsir götürülmüş bəzi hərbçilərimizə yaxın məsafədən atəş açılaraq qətlə yetirilib”<b style="color:red"></b>

“30 cəsəd birtərəfli qaydada Ermənistan tərəfinə verildi. Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən olunur:
 
“Eyni zamanda bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi üzə çıxır. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.

 





30.10.2020    çap et  çap et