525.Az

Kitabxana vətənpərvərlik mövzusunda esse müsabiqəsi elan edib


 

Kitabxana vətənpərvərlik mövzusunda esse müsabiqəsi elan edib<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda “Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım!”adlı esse müsabiqəsi elan edir.

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, vətən torpağına, millətə sədaqət hisslərini aşılamaq və onlara dəstək olmaqdır. Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır.Vətənə olan borcunu ödəməkdir - Vətənpərlik. Bu sözdə deyil, əməldə olmalıdır. Bu gün hər birimiz Mübariz, Fərid, Polad və digər qəhrəman oğullarımız kimi sinəmizi sipər etməyə hazır olmalıyıq. Vətənpərvər olmaq Vətənin qanadı olmaq deməkdir. O qanad nə qədər güclü olsa, Vətən o qədər ucalacaq, yüksəklərdə olacaq.

• Müsabiqənin şərtləri

Müsabiqəyə yalnız 1 esse təqdim edilə bilər;

Mətnin həcmi 2 A4 formatından çox olmamalı;

Müsabiqə iştirakçılarının yaş həddi 10-17 yaş arası;

Esse təqdim edilərkən oxucu özü haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını) təqdim etməlidir.

Müsabiqənin müddəti esselərin son qəbul tarixi 16 noyabr 2020-ci il.

• Mövzu:

Vətənpərvərlik.

• Qaliblərin seçilməsi və mükafatlandırılması:

Münsiflər heyəti tərəfindən “10-17” yaş arası uşaq və yeniyetmələr arasında 3 nəfər qalib seçiləcəkdir;

Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

1. Esselər elektron poçt ünvanına göndərilməlidir:

[email protected]
[email protected]
[email protected]

• Əlavə məlumat üçün əlaqə telefonu:

 (012) 597-08-79

Aşağıdakı link vasitəsi ilə esse müsabiqəsi ilə yaxından tanış ola bilərsiniz:

http://clb.az/-niyyti-gzl-bu-gn-gzl-sabah-parlaq-azrbaycanm-adl-esse-msabiqsi_d3000.html


 

 





29.10.2020    çap et  çap et