525.Az

İzmirdə 6,6 baş gücündə zəlzələ


 

İzmirdə 6,6 baş gücündə zəlzələ <b style="color:red"></b>

Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6  maqnitudalı zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla 14.51-də qeydə alınıb.

Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.

Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur, afterşokların davam etdiyi bildirilir.

Qeyd edək ki, bu gün Bingöl vilayətində də yerli vaxtla saat 11.48-də 4,1 bal gücündə zəlzələ də baş verib. Zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunub.

 





30.10.2020    çap et  çap et