525.Az

Braziliyada Dağlıq Qarabağ müzakirələri - Fotolar


 

Braziliyada Dağlıq Qarabağ müzakirələri - <b style="color:red">Fotolar</b>

Oktyabrın 29-da Braziliyanın Parana əyalətinin “İSEPE” universitetində siyasi elmlər namizədi, Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis Joao Xavierin təşkilatçılığı ilə səfir Elxan Poluxovun “Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr – beynəlxalq qanunvericilik” mövzulu onlayn mühazirəsi baş tutub. 

“Facebook” vasitəsi ilə yayımlanan mühazirəyə universitetin çoxsaylı müəllim və tələbələri və digər iştirakçılar qatılaraq, səfirin prezentasiyası ilə tanış olmuşlar. Öz çıxışında E.Poluxov münaqişənin tarixi, hazırki durum, Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə qarşı törədilən erməni vəhşilikləri, erməni terrorçularının Azərbaycan və Türkiyəyə qarşı fəaliyyəti və döyüş zonasında muzdluların istifadə edilməsi məsələlərinə dair ətraflı məlumat verib.

Səfir münaqişənin həllinə dair ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdıraraq, beynəlxalq qanunvericiliyin norma və prinsiplərinin aliliyi, onlara hörmət və şərtsiz yerinə yetirilməsinin başlıca tələb olduğunu bildirib. 27 il BMT-in 4 qətnaməsinə əməl etməyən Ermənistan, ölkəmizi bu məsələnin həllini öz üzərinə götürməyə məcbur etdiyini və müzəffər ordumuzun bunu yerinə yetirdiyini dinləyicilərin nəzərinə çatdırılıb. Ölkə rəhbəri, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bütün Azərbaycan xalqı səfərbər olaraq müstəqilliyimizin bərpasının ilk günlərindən ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həllinə dair aparılan mübarizənin qələbə ilə bitəcəyi vurğulanıb.

Sonra E.Poluxov Braziliya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə çağırıb və regionda gedən proseslərin elimi tədqiqatının aparılmasının vacib olduğunu deyib.

J.Xavier uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin elmi araşdırılmalarının apardığını və Azərbaycanın mövqeyinin beynəlxalq qanunvericiliyinə əsaslandığını və tam ədalətli olduğunu söyləyib.        

Sonda hər iki mühazirəçi çoxsaylı, o cümlədən, erməni izləyicilərin suallarını cavablandırıb.

Tədbirin tam yazısı ilə verilən linkdə tanış olmaq olar:  https://www.facebook.com/faculdadeisepe/

 





30.10.2020    çap et  çap et