525.Az

Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb


 

Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şanlı ordumuzun cəbhədəki zəfərlərini böyük sevinclə qarşılayır.

Teatrın kollektivi döyüşçülərimizin vətən uğrundakı qəhrəmanlıqlarını ürəkdən alqışlayır. Bununla bağlı teatrdan verilən açıqlamada bildirilir ki, qüdrətli Azərbaycan ordusunun işğalçı Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu böyük uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır.

Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən, müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb.

 





30.10.2020    çap et  çap et