525.Az

Qazaxıstan Yazıçılar Birliyinin sədrindən Azərbaycana dəstək


 

Qazaxıstan Yazıçılar Birliyinin sədrindən Azərbaycana dəstək<b style="color:red"></b>

Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət Türkiyə mediasıyla Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqındakı araşdırmalarını bölüşüb.

Vaqifin şeirlərini qazax dilinə çevirdiyini deyən Esdövlət şairin Qarabağ xanlığının baş vəziri olduğunu da vurğulayıb.

O, Vaqifin məzarının, 30 ilə yaxındır, Ermənistanın işğalı altındakı torpaqlarda olduğuna diqqət çəkərək deyib: "Ermənilərin işğalı altındakı torpaqlarda azərbaycanlıların əcdadlarının məzarları var. Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin məzarı da oradadır".

Azərbaycanın öz torpaqlarını düşmən işğalından qurtaracağı və sülhün bərqərar olunacağı günlərin gələcəyinə ümid etdiyini deyən Esdövlət əlavə edib:
 
"Azərbaycan əcdadının indiki nəsilə əmanət etdiyi borcu yerinə yetirir. Erməni iddialarından fərqli olaraq, Dağlıq Qarabağ bölgəsi hər zaman olduğu kimi Orta əsrlər dövründə də Azərbaycana aid olub".

ŞAHANƏ

 





30.10.2020    çap et  çap et