525.Az

Milli Kitabxanadan "Məhəmməd Hadi" virtual sərgisi


 

Milli Kitabxanadan "Məhəmməd Hadi" virtual sərgisi<b style="color:red"></b>

XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi ədəbiyyatımız tarixində şərəfli yer tutur. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi tənqidi əsərlərində əsaslandırmışdır. Daima dahi şəxsiyyətlərimizi təbliğ edən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası bu dəfə "Məhəmməd Hadi" adlı sərgini virtual rejimdə istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Məhəmməd Hadinin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəyib və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirib.

Hadinin şeirlərində milli insan böhranı, milli varlıq problemi öz əksini tapıb.

 





30.10.2020    çap et  çap et