525.Az

Azərbaycan ordusu - Şeir


 

Azərbaycan ordusu - <b style="color:red">Şeir</b>

Düşməni lərzəyə salan
Döyüşlərdə qisas alan
Qalib gələn, zəfər çalan
Azərbaycan ordusudur.

Bu şanlı tarixi yazan -
Bizim Ali Baş Komandan
Bütün xalqım - vahid bir can
Azərbaycan ordusudur.

Biz qovuruq, qaçır düşmən
Vətənimi düşmənlərdən
Bircə-bircə təmizləyən
Azərbaycan ordusudur.

Qələbədir zaman-zaman
Xalqa fəxarət yaşadan.
Yurdu üçün keçən candan
Azərbaycan ordusudur.

Heyranam bu mətinliyə
Sinə gərib çətinliyə
Torpağına çıxan yiyə -
Azərbaycan ordusudur. 

Doğub günəş, yox olub çən,
Candan əziz bizə vətən,
Ülviyə güc-qüvvət verən
Azərbaycan ordusudur.

Ülvi AYDIN

 





30.10.2020    çap et  çap et