525.Az

"Güman edirəm, xarici jurnalistlər yenidən ölümlə hədələnməyəcək"


 

"Güman edirəm, xarici jurnalistlər yenidən ölümlə hədələnməyəcək"<b style="color:red"></b>

"Dünən Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu zamanı ABŞ-ın "Nyu-York Tayms" (The New York Times) qəzetinin təmsilçiləri də ərazidə olublar. Nəşrin əməkdaşı Karlotta Qallın hadisəyə dair reportajı artıq yayımlanıb".

Bu fikirləri açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O, qeyd edib ki, dünyanın nüfuzlu qəzetlərindən olan "Nyu-York Tayms"ın əməkdaşları erməni vandalizmini öz gözləri ilə görüblər. Güman edirəm ki, bu qəzet həqiqətləri işıqlandırdığı üçün Fransanın "TF1" telekanalı kimi Birləşmiş Ştatlardakı erməni lobbisinin təzyiqi ilə üzləşməyəcək, əməkdaşları ölümlə hədələnməyəcək:
 
"Yada salım ki, vaxtilə Məhəmməd Peyğəmbər barədə karikatura yayımladığı üçün Fransadakı müsəlmanların haqlı hiddəti ilə üzləşmiş "Charlie Hebdo" satirik jurnalı ölkə hakimiyyəti tərəfindən qorumaya alınmışdı. O "Charlie Hebdo" ki, öz "ənənəsinə" sadiq qalaraq dünən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla bağlı karikatura yayımlayıb. Ancaq niyəsə Fransa hakimiyyəti eyni addımı TF1 telekanalına münasibətdə atmadı, nəşri Fransanın erməni lobbisinin hədələrindən qorumadı. Məncə, hər şey aydındır. Fransa hakimiyyəti söz və ifadə azadlığını, bəşəri dəyərləri deyil, yalnız siyasi məqsədləri müdafiə edir. Bu, Avropa demokratiyası üçün əsl utancdır. Bu utancı Fransaya yaşadanların ermənilər olması isə ikiqat utanc və rüsvayçılıqdır.

İnanmaq istərdim ki, "Nyu-York Tayms"ın timsalında Amerika demokratiyası da belə bir utancla üzləşməyəcəkdir. Qəzet Bərdədəki insanlıq dramı ilə əlaqədar materialından imtina etmək məcburiyyətində qoyulmayacaqdır. Avropanın və ABŞ-ın Türkiyə və Azərbaycanla hansısa şəkildə əlaqəyə malik təşkilatlarının və firmalarının qapısının önündə çaqqallıq edən erməni lobbi və diaspor təşkilatlarının nümayəndələrinin bu nəşri də hədəfə götürəcəkləri gözləniləndir".

 





30.10.2020    çap et  çap et