525.Az

Türkiyədən həkimlərin arxa cəbhədə könüllü xidmətlə bağlı müraciəti qəbul olunub


 

Türkiyədən həkimlərin arxa cəbhədə könüllü xidmətlə bağlı müraciəti qəbul olunub<b style="color:red"></b>

Türkiyədən 504 həkimin Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla əlaqədar arxa cəbhədə könüllü xidmət etmək üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna etdiyi müraciət qəbul olunub.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, həkimlərin müraciətləri Bakıya aidiyyəti qurumlara yönəldilib.

Qeyd edək ki, ötən gün “Türk həkimlər birliyi” platforması arxa cəbhədə xidmət etmək üçün “Qarabağ üçün könüllü ol” layihəsi çərçivəsində könüllü 504 həkimin müraciətlərini Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva təqdim edib.

 





31.10.2020    çap et  çap et