525.Az

“İzmirdə zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb” - Ərdoğan


 

“İzmirdə zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb” - <b style="color:red">Ərdoğan</b>

“İzmirdə baş vermiş zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Van vilayətində keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

O bildirib ki, 15 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Türkiyə Prezidenti qeyd edib ki, zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılacaq.

 





31.10.2020    çap et  çap et