525.Az

Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası


 

Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası <b style="color:red"></b>

Sentyabrın 27-dən bu gün saat 13:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 91 nəfər dinc sakin həlak olub, 404 dinc sakin yaralanıb.

Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 2 465, yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 97 və yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 455-dir.

 





31.10.2020    çap et  çap et