525.Az

“Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir”


 

“Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir”<b style="color:red"></b>

“Ermənistanın saxta məlumatlar yaymaqda, eləcə də elan olunmuş humanitar atəşkəslərə baxmayaraq, Azərbaycanın mülki əhalisini hədəfə almaqda məqsədi bəllidir. Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil, bu, açıq şəkildə görünür”.

APA-nın xəbərinə görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O qeyd edib ki, Ermənistan tərəfinin məqsədi işğalı möhkəmləndirmək, eləcə də digər dövlətləri - üçüncü tərəfləri münaqişəyə cəlb etməkdir: “Azərbaycan tərəfi başda Azərbaycan Respublikasının Prezidenti olmaqla, dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və bəyan edib ki, Azərbaycanın xarici dövlətlərin ərazilərinə qarşı hər hansı bir iddiası yoxdur. Bu gün Azərbaycan öz suveren torpaqlarında, öz suveren ərazisində qeyri-qanuni mövcudluğunu saxlayan Ermənistan silahlı qüvvələrinə qarşı özünümüdafiə tədbirləri həyata keçirir və Azərbaycanın ərazi bütövlüyün təmin olunması istiqamətində addımlar atılır ki, bu da məhz BMT TŞ-nin məlum qətnamələri tərəfindən hələ 1993-cü ildə tələb olunub. Bu gün Azərbaycan Silahlı qüvvələri BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsini təmin edir. Bir daha bu münaqişəyə digər ölkələri cəlb etmək istəyən düşmənin diqqətinə çatdırırıq ki, onların bu kimi iddiaları nəticəsiz qalacaq. Azərbaycanın bütün qonşu dövlətlərlə dostluq və əməkdaşlıq  münasibətləri mövcuddur. Biz digər dövlətlərin ərazi bütövlüyünü tanıyır və hörmət edirik. Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir. Eyni zamanda, Azərbaycanın da beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasını digər dövlətlərdən tələb edirik”.

 





31.10.2020    çap et  çap et