525.Az

“İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb” - Yenilənib


 

 “İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb” - <b style="color:red">Yenilənib</b>

“Hazırda İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb, xəsarət alanlar 885 nəfərdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu İzmirdəki təbii fəlakətin nəticələri ilə daha yaxından tanış olmaq üçün İzmirin Seferhisar rayonuna gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, yaralılardan 667-si evə buraxılıb, onlardan 218-nin hazırda müalicəsi davam edir: “Dağıntılar altında qalan 103 nəfər xilas edilib”.

Türkiyə Prezidenti deyib ki, zəlzələdən zərər çəkənlərin yaşayış və qida ehtiyaclarının yetərincə ödənməsi üçün tədbirlər görülür. Bununla yanaşı, o, təbii fəlakətin zərərlərini qarşılamaq üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

***

Saat 15:50

“İzmirdə baş vermiş zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Van vilayətində keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

O bildirib ki, 15 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Türkiyə Prezidenti qeyd edib ki, zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılacaq.

 





31.10.2020    çap et  çap et