525.Az

İzmirdəki zəlzələdə ölənlərin sayı 62 nəfərə çatıb -Yenilənib


 

İzmirdəki zəlzələdə ölənlərin sayı 62 nəfərə çatıb -<b style="color:red">Yenilənib</b>

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***


İzmirdəki zəlzələdən ölənlərin sayı 60 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İzmir Böyük Şəhər Bələdiyyə sədri Tunç Soyer bildirib.

Bələdiyə sədri qeyd edib ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 940 nəfərdir.

***

İzmirdəki zəlzələdə həlak olanların sayı 58 nəfərə yüksəlib.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Samsunda keçirilən toplantısında bildirib.

***

İzmirdəki zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir deyib ki, xəsarət alanlardan 218 nəfərin müalicəsi xəstəxanalarda davam edir.

***

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay məlumat verib.

F.Oktay bildirib ki, yaralı sayı 896 nəfərdir və onlardan 8-i intensiv terapiya şəraitində müalicə alır.

***

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hazırda 214 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.

***

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 43 nəfər çatıb.

APA “Milliyet”ə mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayılıb.

Bildirilib ki, 896 nəfər xəsarət alıb.

***

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 36 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

Bildirlib ki, yaralı sayı 885 nəfərdir və dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işlər davam etdirilir.

 





01.11.2020    çap et  çap et