525.Az

Təhsil Nazirliyi: anonim müraciətlər araşdırılmayacaq


 

Təhsil Nazirliyi: anonim müraciətlər araşdırılmayacaq<b style="color:red"></b>

“Vətəndaşlar şikayətlərinin araşdırılmasını istəyirlərsə heç kimdən qorxmadan nazirliyə müraciət etməlidirlər”

 
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan anonim zənglər araşdırılmayacaq.
 
APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin ( “Qaynar xətt” xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin direktoru Yaşar Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, anonim zəng edənlərin şikayətinə baxılmayacaq: “İnsanlar mümkün qədər özlərini təqdim etməlidirlər ki, biz də onların şikayətlərini araşdıraq. Vətəndaşlar şikayətlərinin araşdırılmasını istəyirlərsə, heç kimdən qorxmamalı və bu barədə nazirliyə müraciət etməlidirlər”.
 
Y. Zeynalov vətəndaşların qəbulu üçün elektron qeydiyyat mərkəzinin də yaradıldığını qeyd edib: “İnsanlar öz şikayətlərini ya “Qaynar Xətt” Xidmətinə (146 nömrəsinə) zəng vurmaqla, ya da Vətəndaşların Qəbulu Mərkəzinə gələrək qeydiyyatdan keçə bilərlər: “Vətəndaşlar Təhsil Nazirliyinin saytında olan vəzifəli şəxslərin qəbulu bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Bütün zənglər qeydiyyata alınır və müraciətlərə baxılır. Əgər vətəndaş anonim zəng edibsə, ona bildirilir ki, müvafiq qanuna uyğun olaraq anonim zənglər qeydiyyata alınmayacaq. Ona görə də şikayətinizə baxılmasını istəyirsinizsə, o zaman adınızı və soyadınızı təqdim etməlisiniz. Bəlkə hansısa vətəndaş zəng vurub yalandan məlumat verir, kimisə təhqir etmək istəyir, yanlış məlumatlar yayır? O zaman sabah araşdırma aparılanda məlumat öz təsdiqini tapmayacaq”.

 





06.02.2014    çap et  çap et