525.Az

Aleks Türkiyənin milli bayramında iştirak edəcək


 

Aleks Türkiyənin milli bayramında iştirak edəcək<b style="color:red"></b>

Bu yaxınlarda Türkiyəni və "Fənərbaxça" klubunu tərk edən Aleks bu ölkənin Braziliyadakı səfirliyindən dəvət alıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Braziliyadakı səfiri Ersin Elçin Alekslə görüşüb. Səfir Aleksi 29 oktyabr tarixində Respublika günü münasibətilə Brazilya səfirliyində təşkil olunacaq tədbirə dəvət edib.

Səfir bu mesaji Tvitter sosial şəbəkəsində belə yayımlayıb: “Bizlərdən biri olan Aleks De Souza və onun ailəsini Respublikamızın qurulması münasibəti ilə təşkil olunacaq tədbirə dəvət edirik”.

Nigar Məhərrəm

 





16.10.2012    çap et  çap et