525.Az

Firəngiz Şərifovanın 90 yaşı tamam oldu


 

Firəngiz Şərifovanın 90 yaşı tamam oldu<b style="color:red"></b> Bu gün Dövlət Gənc Teatrının aktrisası Firəngiz Şərifzadənin 90 yaşı tamam olur. Teatrdan Lent.az-a verilən məlumata görə, bu münasibətlə  direktor Mübariz Həmidov, Tariyel Qasımov, Yasin Qarayev, Almaz Mustafayeva, Şəfəq Əliyeva onu ziyarət ediblər.
 
Qeyd edək ki, şöhrət ordenli aktrisa “Söhrab və Rüstəm” (İskəndər Coşğun), “Anacan” (Yusif Əzimzadə), “Keçən ilin son gecəsi” (Anar), “Sən nə üçün yaşayırsan?” (İmran Qasımov, Həsən Seyidbəyli), “Rübailər aləmində” (Məmmədhüseyn Təhmasib), “Yazığam, sevmə məni” (Əkrəm Əylisli), “Şəhidlər” (Bəxtiyar Vahabzadə), “Mahmud və Məryəm” (Elçin), “Ağ Dəvə” (Elçin), “Nənənin kələyi” (Əhməd Orucoğlu) və digər tamaşalarda oynayıb.
 





06.02.2014    çap et  çap et