525.Az

Nüsrət Kəsəmənlinin oğlu həbsdə qaldı


 

Nüsrət Kəsəmənlinin oğlu həbsdə qaldı<b style="color:red"></b>

Mərhum şair-publisist Nüsrət Kəsəmənlinin oğlunun cəzadan vaxtından əvvəl azad edilməsi üçün məhkəməyə şikayəti təmin olunmayıb.

Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, şairin həbsdə olan oğlu Araz Kəsəmənli təyin olunmuş cəzanın çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması xahişi ilə Nizami rayon məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etmədiyindən apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb və Nizami rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirib və Ali Məhkəmənin hökmü ilə məhkum olunub.


 

 





16.10.2012    çap et  çap et