525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar -  <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Sarsılmaq, sınmaq olmaz!

Düşmənin istədiyi də elə budur.
Belə namərd xalqa qonşu olmaq bədbəxtlikdir. Ona görə tarix boyu bu namərdlərin köklərini kəsmək istəyiblər. Bu missiyanı bacaran həm də dünyanı xilas edəcək:

"Ermənistan bütün dünya üçün təhlükədir".
Xalqımıza səbr, Ordumuza qisas hissi arzulayaq!

***
Bu gün biz nəinki son 30 ildə, ümumiyyətlə, heç vaxt qismət olmayan tarixi bir fürsət əldə etmişik. Torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü qorumaq üçün indiki qədər əlverişli şəraitimiz olmayıb. Həm Ali Baş Komandanın qətiyyətli mövqeyi, həm ərazilərimizi işğaldan azad etmək üçün göstərdiyi əzmkarlıq, həm də müsahibələrində dediyi fikirlərlə 150 illik erməni təbliğatını darmadağın etməsi və onların iç üzünü dünyaya tanıtması kimi düzgün təbliğat mexanizmi bizdə heç vaxt qurulmayıb. Heç milli birliyimiz, millətimizin əzmkarlığı, əsgərlərimizin coşqusu da heç zaman bugünkü kimi olmayıb. Ona görə də, bu tarixi şansı əldən buraxmağı bizə nə gələcək nəsillər, nə də tarix bağışlayar. Təbiət də, Günəş də bizim tərəfimizdədir. Geosiyasi vəziyyət heç vaxt olmadığı qədər bizim xeyrimizədir. Azərbaycan Prezidentinin qətiyyəti tərəddüd edənləri də düşünməyə, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə vadar edir. Rusiya və Türkiyə münasibətlərinin də indiki kimi yüksək səviyyəsinə heç vaxt təsadüf edilməyib. Putinlə Ərdoğanın münasibəti, həm də səmimi və etibara əsaslanan münasibəti bizim haqq davamızı uğurla sona çatdıracağımıza ciddi əsaslar yaradır.

Bu mənada, düşmənin namərd həmlələrindən, mülki əhaliyə qarşı hücumlarından sarsılmamalı və qətiyyən sınmamalıyıq. Bizim bu tarixi fürsəti qaçırmağa haqqımız yoxdur. Kimsə bilmədən məyusluq aşılayırsa, bunun da qarşısını almaq lazımdır. Həlak olan dinc insanlarımız bizim mülki şəhidlərimizdir. Şəhidlərimiz də, əsgərlərimiz də qürur yerimizdir! Ordumuz başımımızın tacıdır!

Əgər kimsə pusquya yatıb bu məqamda içinin xıltını, hansısa şəxsə incikliyini haqlı savaşımıza kölgə salmaq niyyəti ilə üzə çıxarırsa, onlara qarşı çox böyük hiddət göstərməliyik. Bu tarixi savaşda biz mütləq qələbə qazanmalıyıq.

Allah Dövlətimizi qorusun!

Allah Ordumuzu qorusun!

Allah Ali Baş Komandanımızı qorusun!

***

"Müqəddəs şəhərimizi murdarlayırlar". Oktyabrın 4-də Ali Baş Komandanın xalqa müraciətində bu sözləri eşidəndə hönkürüb ağlamış və Şuşanın azad olunacağına ilk dəfə əmin olmuşdum.

İndi də kriminal-xunta rejiminin başçısının kilsədəki çıxışını, əslində, Şuşayla "vida mərasimini" seyr edərkən qürur göz yaşları məni bürüdü. O möhtəşəm günün lap yaxında olduğunu dərk etdim!

Əsgərimizə, Ordumuza, Ali Baş Komandanımıza minnətdarlıq və heyranlıq duyğusu sonsuzdur!

Tanrı Azərbaycanımızı qorusun!

***

Dağlardan nə xəbər?!

***

Dünən İctimai radionun canlı efirində Şuşa barədə danışarkən qəhər boğdu məni...

***

Sənin "Yolumuz Şuşayadır" deyən dilinə qurban, ƏSGƏR!

***

Yuxu kimi, nağıl kimi günlər...

***

Mərhəməti də gərək layiq olana, qanana göstərəsən...

Qanmayana nə mərhəmət...

***
Ordumuz Şuşanı atəşə tutmaz, Şuşanı murdarlayanları hədəf alar!..

***

Şuşa soraqlı bu intizarlı günlərdə Hikmət Sabiroğlunun səsini eşitmək istədim. Zəng elədim, Şuşadan, Ordumuzdan danışdıq, həyəcanımızı bölüşdük.

Hikmət dipdiri ruhuyla, şax boy-buxunu, ağayana duruşuyla, şirin danışığı, yapışıqlı ləhcəsi, duzlu söhbətləriylə Şuşadır ki, dayanıb durub. Dəyişməyib, ilk dəfə necə görmüşəmsə, eləcə də qalıb.

Adamlar var, 30 il keçsə də, hələ də doğulduğu yerin havasını gəzdirir, koloritini yaşadır. Belə adamlar ağdamlılar arasında lap çoxdur, elə kəlbəcərlilərdə də, laçınlılarda da...

Şuşalılar da o dəqiqə seçilirlər. Hətta əlacsızlıqdan taksi sürücüsü işləyəni də dəyişməyib, həminkidir. Maşınına oturan kimi şirin ləhcəsindən, bal kimi danışığından Cıdır düzünün küləyi vurur adamı...

28 ildə Hikmət mənimçün canlı Şuşalardan biri olub həmişə. Hər görüşümüzdə Hikmətin çöhrəsinə baxıb Şuşanı xatırlamışam, hər zəngləşəndə, səsini eşidəndə gözümün önünə Şuşa gəlib.

Hikmət Sabiroğlu!

Şuşa-Hikmət!

"Şuşada görüşmək arzusuyla..."

İlk dəfədir, bu sözlər şablon, quru görünmür...

***
Zəlzələyə, təbii fəlakətə də adam sevinər?! Sevinirsə, adam deyil də...

***
Ermənistana bir zərbə də Türkiyə və Azərbaycanın birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olacağı barədə ehtimalların irəli sürülməsi ola bilər. Niyə də olmasın?! Ya da TAR (Türkiyə-Azərbaycan-Rusiya) adlı təşkilatının yaranacağı barədə müzakirələr açmaq olar.

***
Dağlarda döyüş

***
Şuşadan böyük nə arzu ola bilər ki?!

***

Topxanada ağac kəsdilər - başladılar, indi Topxanada meşə yandırırlar - bitər...

***
Duman Şuşanı yada salır...

***
Ali Baş Komandanın Şuşayacan hələ bir müraciəti də olacaq yəqin.

***
"Şahanə bir vüqarı var Şuşanın. Elə bil, o, ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır".

Şuşa soraqlı, həyəcan dolu bu günlərdə Xalq yazıçısı Anarın 1985-ci ildə yazdığı "Qarabağ şikəstəsi" əsərini oxumağın ayrı gözəlliyi var.

***
Bayram müəllimlə də danışdım, Vasif Quliyevlə də...

Siz də tanıdığınız şuşalılarla zəngləşin, sonra özlərini dağ başına qoyacaqlar, düşə bilməyəcəksiniz!..

***
Ağdama yollar açılır...

***
Elə bil, kimsə qəsdən bu "etnik mövzusu"nu dartıb uzadır. Qaşınmayan yerdən qan çıxartmaq düşmən dəyirmanına su tökməkdir.

Gözlər Qarabağdadır. Düşmən önümüzdədir. Haqlı savaşımızdan başqa nəyisə müzakirəyə çıxarmaq, haqq-hesab çəkmək vaxtı deyil.

Tanrı Birliyimizi qorusun!

Tanrı Əsgərlərimizi qorusun!

***
İnformasiya cəbhəsinin dronları da sosial şəbəkələr, ordakı fəal gənclərimizdir. Düşmən tərəfi onların qorxusundan statusları da kaskada, maskada yazırlar...

***
"Erməni" sözü xəyanətin, riyakarlığın, alçaqlığın, namərdliyin... sinonimdir.

***
İlahi ədalətin varlığına əsla şübhə etməyin!..

***

"Aysunun yelləncəyi". Mirşahinin Bərdənin Qarayusifli kəndində ermənilərin raket zərbəsiylə qətlə yetirilən 7 yaşlı qızcığaz barədə tükürpədici reportajı, atası Rövşənlə ürək dağlayan müsahibəsi...

***
Hamımızın həyəcanı, səbirsizliyi, xoş xəbəri ilk çatdırmaq istəyənlərin arzusu da başadüşüləndir. Amma bu ölkədə Qələbə xəbərlərini Ali Baş Komandandan daha üstün, gözəl, emosional kim çatdıra bilər ki? Hələ içdən gələn "Mənim əziz xalqım" sözlərinin ürəyəyatımlığı... Hələ arada düşmən tərəfə yönələn, zərb-məsələ çevrilən söz atəşləri...

Darıxmayaq, gözləyək. O gözəl anları birlikdə yaşamağın səadəti nəsibimiz olsun.

***
"Tvitterinə quzu kəsim". Səhər-səhər gənc aktyorun ifasında şeir xoş ovqat yaratdı. İstedadlı xalq bizik! Xalq yaradıcılığımız möcüzədir! Qələbə, özünəgüvən yatmış vulkanı oyadır, istedadı qanadlandırır.

 





04.11.2020    çap et  çap et