525.Az

Bakı Vergi Forumu işə başladı


 

Bakı Vergi Forumu işə başladı<b style="color:red"></b>

Fevralın 6-da Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar perspektivlər" mövzusunda 2 günlük Vergi Forumu öz işinə başlayıb. Forumun "Vergi inzibatçılığında partnyorluq münasibətləri" "Müasir vergi inzibatçılığında bilik menecmentinin texnologiyaların rolu" adlı sessiyalarında dövlət orqanlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Niderland Krallığının, Türkiyə, Gürcüstan Qazaxıstanın vergi qurumlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin kütləvi informasiya vasitələrinin nümayəndələri adamları iştirak ediblər.

"Vergi inzibatçılığında partnyorluq münasibətləri" adı altında, vergilər nazirinin müşaviri Akif Musayevin, Türkiyə Gəlirlər Administrasiyası rəhbərinin müavini Mehmet Atuğun "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə keçirilən sessiyada Vergilər Nazirliyinin İqtisadi təhlil sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev, Azərbaycan Respublikası Mərkəzi Bankın Pul siyasəti departamentinin direktor müavini Fəxri İsmaylov, Auditorlar Palatasının keyfiyyətə nəzarət komitəsinin sədri İslam Bayramov, Paşabank ASC-nin İdarə heyətinin üzvü Şahin Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Natəvan Məmmədova, Xəzər-Avropa İnteqrasiya İşgüzar klubun rəhbəri Telman Əliyev çıxış ediblər.

Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılıb, Forum iştirakçıları vergi qanunvericiliyi vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər.

Vergilər Nazirliyinin İqtisadi təhlil sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev çıxışında bildirib ki, nazirlik bu günədək 613 vergiödəyici ilə tərəfdaşlıq sazişi imzalayıb. Onun sözlərinə görə, bu günədək nazirliyə 791 müraciət daxil olub. Daxil olan müraciətlərin ümumi sayından 115-i qəbul edilməyib.

Tərəfdaşlıq müqavilələrinin bağlanması istənilən vergi ödəyicisinin könüllü hüququdur. Lakin vergi orqanları müəyyən hallarda qaydalar əsasında onları bağlamaqdan imtina edə bilərlər. İmtinaya səbəb aşağıdakılar ola bilər: vergi ödəyənin dövlət büdcəsi qarşısında öhdəçiliyinin olması, vergi ödəyənin fəaliyyəti ilə bağlı nəzarət ölçüləri üzrə yekun qərarın olmaması, eləcə vergi qoymaya aid olan gəlirlərin ya obyektin vergi ödəyən tərəfindən gizlədilməsi haqqında təsdiqlənmiş informasiya.

Belə müqavilələrin ölkənin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən, nağdsız üsullarla alqı-satqı əməliyyatını həyata keçirən şəxslər, mühasibat uçotunun aparılması zamanı sertifikatlaşdırılmış proqram təminatından istifadə edən şəxslər, ƏDV ödəyiciləri, eləcə kredit sığorta təşkilatları, vergi ili ərzində yaranan öhdəlikləri vaxtında tam yerinə yetirən şəxslər üstünlük əldə edəcəklər.

Tərəfdaşlıq müqavilələrinin imzalanması prosesi 2013- ildən başlayıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda nazirlik vergiödəyicilərə onların etibarlı ya riskli vergi ödəyicisi olduqlarını özlərinin müəyyən etmələrinə imkan verən layihəni işə salmağı planlaşdırır.

Nazirlik vergi ödəyənləri 11 risk qrupu üzrə təsnifləşdirir bu sistem onların hansı qrupa aid olduqlarını müəyyən etməyə imkan verir. Sistemdən nazirliyin saytında istifadə etmək mümkün olacaq.

Nazirliyin Vergi siyasəti strateji tədqiqatlar İdarəsinin rəhbəri Natiq Şirinov isə deyib ki, Vergilər Nazirliyi bələdiyyə vergilərinin yığımını avtomatlaşdırır. Onun sözlərinə görə, bir neçə həftə əvvəl nazirlik bələdiyyələrin vergi informasiya sisteminin (BVİS) avtomatlaşdırılması üzərində işi başa çatdırıb.

Sistemin hazırlanması zamanı nazirlik bələdiyyələrin nümayəndələri ilə 500-ə yaxın görüş keçirib. Proqram təminatı "Cybernet" şirkəti tərəfindən hazırlanıb: "Bu sistemin işi bələdiyyə gəlirlərinin ödənişi ilə bağlı olan bütün əməliyyatların avtomatlaşdırılmasına imkan verir. Bələdiyyə vergi ödəyiciləri olan fiziki şəxslər bu vergiləri bələdiyyələrə gəlmədən ödəmək imkanı əldə edəcəklər".

Forumda çıxış edən Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin sözlərinə görə, bələdiyyələr bu sistemin tətbiqini onlarla dövlət arasında əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş addım adlandıraraq alqışlayırlar.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, Vergilər Nazirliyi 2015-ci ilədək könüllü vergi ödənişi səviyyəsinin 82-85 faizədək artırılmasını hədəfləyib. Onun sözlərinə görə, 2010-cu ildə vergi ödəyicilərinin 3 faizi vergidən yayınıb, 27 faizi qismən yayınıb, vergi ödəyicilərinin 70 faizi könüllü ödəniş edib: "Nazirlik 2015-ci ilədək müvafiq olaraq iki - 13-15 82-85 faizlik göstəricilərə nail olmaq niyyətindədir".

Ə.Məmmədov qeyd edib ki, 2003- ildə Nazirliyin xətti ilə dövlət büdcəsinə daxil olan gəlirlərin 0,01 faizi istintaq yolu ilə, 35,1 faizi icbari inzibati tədbirlər hesabına təmin edilib, 64,9 faizi isə könüllü ödənilib: "2010-cu ildə bu gösrtəricilər müvafiq olaraq, 0,01, 39,5 60,5 faiz təşkil edib. Nazirlik 2010-cu ildə vergi borclarının səviyyəsini 16,8 faizədək, 2013- ildə 10 faizədək azaltmağa nail olub".

Müşavir könüllü vergi ödənişinin artımına əngəl törədən problemlər arasında əhalinin vergilərə dair normativ-hüquq aktları bu sahədə informasiya texnologiyalarının imkanları haqqında biliklərinin məhdud olmasını vurğulayıb: "Əhali arasında vergi mədəniyyətinin tam formalaşdırılmasına vergi sisteminin formal xarakter daşıdığı keçmiş sovet düşüncəsi mane olur".

O qeyd edib ki, Nazirlik bu problemləri həll etmək məqsədi ilə əhalinin maarifləndirilməsi üzrə işləri davam etdirmək "Onlayn-müəllim" xidmətini işə salmaq niyyətindədir.

"Azərbaycanın vergi sistemi: reallıqlar perspektivlər" mövzusunda III Vergi Forumu sabah öz işini plenar iclasla davam etdirəcək.

 





07.02.2014    çap et  çap et