525.Az

Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb


 

Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb<b style="color:red"></b> Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Zirvə Toplantısının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və başqa sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
 





16.10.2012    çap et  çap et